KONUSVARİ ZİRVƏ BUZLAQLARI

çıxış dilləri dayaz dərələr və radial çökəkliklərlə düşən, ayrıca yerləşmiş zirvənin yamaclarını hər tərəfdən örtən, dağ buzlaqları. K. z. b. planda ulduza bənzər formada olur. Sönmüş vulkanlar üçün səciyyəvidir. Qafqazda (Elbrus), Kamçatkada, Şimali Amerika Kordilyerlərinin Sahil silsilələrində və Andlarda rast gəlinir. ледники конических вершин conic summit glaciers
KONUSVARİ VULKAN
KONVERGENSİYA
OBASTAN VİKİ
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Azərbaycan buzlaqları
Azərbaycan buzlaqları— Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur. Azərbaycanda buzlaqlar və çoxillik qar talaları, əsasən Böyük Qafqaz dağlarının ən uca zirvələrində mövcud olmaqla, çox kiçik sahə tutur. Bunun əsas səbəbi Şərqi Qafqazda, xüsusilə Böyük Qafqaz dağ sisteminin Azərbaycan ərazisinə daxil olan cənub-şərq hissəsində qar xəttinin çox yüksəkdə (3900 m) yerləşməsidir. Böyük Qafqazın Qara dəniz silsilələrində isə (Abxaziyada) qar xətti cəmi 2800 m yüksəkdə yerləşir. Buna görə bu dağlıq ərazinin qərb və mərkəz hissələrində buzlaqlar və çoxillik qar daha çox sahə tutur. Cənub-Şərqi Qafqaz buzlaqlarının 3,62 km2 Bazardüzü zirvəsində, 1,0 km2-i Bazaryurd zirvəsində, 0,51 km2-i Tufan zirvəsində, 1.08 km2-i isə Şahdağ massivində yerləşir. Buzlaqların əsas hissəsi (5,64 km2) Qusarçay, 1,01 km2 isə Qudyalçay hövzəsindədir. Qusarçay hövzəsinin 0,81%-ni, Qudyalçayın hövzəsinin isə 0,13%-ni buzlaqlar təşkil edir. Bu rəqəmlərin çox kiçik olmasına baxmayaraq, buzlaqlar və qarlar həmin çayların qidalanmasında əhəmiyyətli yer tutmaqla, onların su rejiminə böyük təsir göstərir. Kiçik Qafqazda yalnız Zəngəzur silsiləsinin Qapıçıq zirvəsində kiçik (0,15 km2) buzlaqlar var.
Zirvə
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m). Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur. Lava brekçiyaları Çalalı relyef Geoloji proseslər Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb. Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov Azad Əliyev - əməkdar rəssam Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan Məmmədov Təyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Dəlidağ (zirvə)
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Pere (zirvə)
Pere piki (norv. Perriertoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ikinci zirvə. Zirvə Qərbi Şpitsbergen adasında, Nyuton zirvəsindən 22 km şimal-qərbdə yerləşir. Zirvənin hündürlüyü 1712 metrə çatır.
Qaliley (zirvə)
Qaliley zirvəsi (norv. Galileotoppen) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1637 metrə çatır. Zirvənin hündürlüyü Şpisbergendə 5-cidir. Qaliley zirvəsi Viydeforddan qərbdə, Nyuton zirvəsindən şimal-qərbdə yerləşir.
Quludaş (zirvə)
Quludaş - Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,203 m-dir. Qayalıq və çöl landşaftı var. Yardımlı rayonu ərazisindədir. Viləşçayın mənbəyini təşkil edir.
Qızyurdu (Zirvə)
Qızyurdu — Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,433 m-dir. Yamacları və zirvəsi çox parçalanmışdır. Qayalıq və çöl landşaftı var. Lerik rayonu ərazisindədir.
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Çaxmaq (zirvə)
Çaxmaq — Şuşa rayonunun ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Hündürlüyü 1554 m. ərazisində qığılcım törədən xüsusi caxmaq daşının çoxluğu ilə əlaqədar olaraq dağ belə adlandırılmışdır. Qazax rayonunun İkinci Şıxlı kəndindən cənubda qədim düşərgə də oradan tapılmış coxlu daş alətlərə görə Çaxmaqlı adlanır. 1991-ci ilədək Ermənistan ərazisində Caxmaq adlı yaşayış məntəqəsi olmuşdur.
Şahdağ (zirvə)
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Yastı zirvə buzlağı
Yastı zirvə buzlağı (rus. ледник плоских вершин, ing. table summit glacier, plateau glacier) — kömbəvari formada buzlaq tipi, maili düzəlmə səthi üzərində yatır və ümumi meyilliyə doğru istiqamətlənmiş olur. Adətən dik buzlaq pilləsilə qurtarır. Mərkəzi Tyan-Şan üçün səciyyəvidir.
Zirvə Buludu (1972)
Türkdilli ölkələrin zirvə sammiti
Türkdilli ölkələrin zirvə sammiti (türk. Türk Dili Konuşan Ülkeler Zirvesi) — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin iştirakı ilə hər il bir başqa üzüv dövlətdə keçirilən beynəlxalq sammit.
Zirvə buludu (film, 1972)
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi
“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” - 6 iyul 2024-cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü çərçivəsində imzalanıb. == Bəyannamənin mətni == Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilmişdir. Görüşə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ev sahibliyi etmişdir. Görüşdə Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Zati-aliləri Cevdet Yılmaz, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Zati-aliləri Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Ömüralıyev iştirak etmişlər. Türk Dövlətləri Təşkilatının dövlət başçıları, Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək; Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini vurğulayaraq; Bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq; 2023-cü il noyabrın 3-də “TÜRKTIME” şüarı altında keçirilmiş, TDT-nin gələcək transformasiyasında və Türk dünyasının inteqrasiyası səylərində, eləcə də onların xalqlarının birlik və rifahının gücləndirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley – Astana Zirvə görüşünün uğurlu təşkilinə görə Qazaxıstan Respublikasının sədrliyini dəyərləndirərək; TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təklifini alqışlayaraq; Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək; Yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq genişmiqyaslı minatəmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliklərini ifadə edərək; Türk Dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafına, o cümlədən iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylərlə davamlı gələcəyin mümkün olduğunu təsdiq edərək; Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək, Bəyan etdilər ki, onlar: 1. TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar; 2. Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar; 3. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər; 4. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar; 5. Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırırlar; Bu məqsədlə nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi və dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılmasını tapşırırlar; 6.